“Rusiya SSRİ-nin hörmətini qaytarmaq istəyir”

  • 27 sen 2016, 08:50

Güclü Rusiyanın əleyhdarı deyiləm.

 

Demokratik.Az-ın məlumatına görə, bunu ABC telekanalına müsahibəsində Böyük Britaniya Xarici İşlər naziri Boris Conson söyləyib. Onun sözlərinə görə, Moskva öz gücü hesabına Əsəd ordusunu Hələbi bombardman etmək fikrindən daşındırmalıdır.

 

O, Rusiyanın bu gücə qadir olduğunu bildirib. Conson həmçinin Rusiyanın öz keçmiş prestijini qaytarmaq istədiyini də bildirib:

 

"Rusiya SSRİ-nin parçalamasından sonra dünya arenasında itmiş prestijini geri qaytarmağa cəhd edir. Qərb ölkələrinin özləri Rusiyaya belə hərəkət imkanı yaradıblar. Bunun əsas dəlili Rusiyanın fəaliyyətinə müdaxilə etməmək olub. Biz o zaman təsəvvür edə bilməzdik ki, Moskva bu səviyyəyə qədər gəlib çatacaq. İndi növbə bu problemin öhdəsindən gəlməkdir”.

 

Demokratik.Az