ABŞ Əsəd ordusunu səhvən bombalayıb

  • 18 sen 2016, 09:33
ABŞ  müdafiə nazirliyi  Deyr əz Zorda  Bəşər Əsəd  ordusunun  mövqelərini vurduqlarını təsdiqləyib.

Pentaqondan yayılan açıqlamada Əsəd ordusunun səhvən bombalandığı bildirilərək, əslində hədəfin İŞİD mövqeləri olduğu qeyd edilib.

Xatırladaq ki, ABŞ  rəhbərliyindəki koalisiya qüvvələrinə məxsus qırıcılar  Suriyanın Deyr əz Zor bölgəsində  Əsəd ordusunu bomalayıb. Suriyanın rəsmi agentliyi SANA-nın yaydığı məlumata görə, bombardıman nəticəsində Əsəd oordusunun 62 əsgəri ölüb, 100 əsgər yaralanıb.
 
Demokratik.Az
Oxşar xəbərlər