İngiltərə də Türkiyədəki səfirliyini bağladı

  • 16 sen 2016, 08:39
İngiltərə Xarici İşlər Nazirliyi  Türkiyədəki səfirliyin 16 sentyabrda  təhlükəsizlik səbəbilə bağlı olacağı bildirilib.
 
Hələlik səfirliyin  bağlama  səbəbi ilə bağlı ətraflı məlumat verilməyib.
 
İngiltərə bir müddətdir vətəndaşlarına Türkiyənin sərhəd bölgələrində səyahət etməmələri yönündə tövsiyyələr edirdi.
 
Qeyd edək ki, dünən  Almaniyada dərc olunan "Bild"  qəzeti  mümkün təcavüz təhdidi səbəbindən Türkiyədəki səfirlik, konsulluq və İstanbuldakı özəl alman məktəbinin müvəqqəti olaraq bağlanıldığını yazmışdı.
 
Almaniya XİN  qəzetin yaydığı  xəbərə şərh etmədən  Qurban bayramı zamanı  Türkiyədəki diplomatik nümayəndəliklər və məktəbin bağlı olacağını bildirmişdi.
Oxşar xəbərlər