Demokratik TV
Xəbər lenti
Davudoğlunun “sağ əli” tutuldu
- 19 avq 2016, 16:08
Əhməd Davudoğlunun xarici işlər naziri olduğu dövrdə Xarici İşlər Nazirliyində katib və xüsusi müşavir olaraq onun "sağ əli” sayılan səfir Gürcan Balık saxlanılıb.
APA-nın verdiyi məlumata görə, G. Balık Ankara Prokurorluğunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı apardığı istintaq çərçivəsində bu gün tutulub.
G. Balık 1995-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində işə başlayıb. 2008-2011-ci illərdə katib, 2011-2013-cü illərdə xüsusi müşavir, 2013-cü ilin yanvar-avqust aylarında BMT-nin YUNESKO-dakı daimi nümayəndəsi olub. 2013-cü ilin avqustunda Prezident Administrasiyasına xarici siyasət üzrə baş məsləhətçi postuna gətirilib. 2014-cü il avqustun 15-də Xarici Siyasət Məşvərət Şurasına üzv olan G. Balık 2016-cı ilin yanvarında bu vəzifədən azad edilib.

G. Balık Prezident Administrasiyasına xarici siyasət üzrə baş məsləhətçi kimi çalışdığı dövrdə, 2013-cü ilin sentyabrında BMT-nin toplantısında iştirak etmək üçün ABŞ-da gedən Ə. Davudoğlunun Fətullah Güləni də ziyarət etməsini o zaman prezident olan Abdullah Güldən gizlətməsi ilə diqqət mərkəzində olub.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Türkiyə-Ermənistan protokollarının müəllifi Azərbaycandakı eks-səfir olub
Xarici işlər nazirlikləri arasında konsultasiyalar keçiriləcək
Fransa xarici işlər nazirinin oğluna cinayət işi açdılar
Azərbaycan xarici işlər naziri Türkiyəyə gedib
Yeni baş nazirin səsi tutuldu — Davudoğlunun xanımı ona kömək etdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti