Roma Papası fahişələrdən üzr istədi - VİDEO+FOTOLAR

  • 13 avq 2016, 13:37
Dünən axşam saatlarında Roma Papası 1-ci Fransisk qəflətən Vatikanı tərk edib və Romada yerləşən Roma Papası 23-cü İohann adına katolik icma-sığınacağa baş çəkib.
Hazırda həmin icmada 20 sabiq fahişə yaşayır.

Milli.Az La Stampa-ya istinadən bildirir ki, sığınacaqda 20 sabiq fahişənin hər birinin yaşam hekayəsini dinləyib. Bu qadınlar arasında yalnız biri İtaliya vətəndaşıdır. Digər qadınlar arasında 6 rumıniyalı, 4 albaniyalı, 1 tunisli, 1 ukraynalı, 7 nigeriyalı var.
Bu qadınların hər birinə İtaliyada yaxşı iş vəd olunsa da, sutenyorlar İtaliyaya çatan qadınların sənədlərini əllərindən alaraq onları fahişəliyə vadar ediblər. Bu bəladan qurtulandan sonra qadınlar sığınacaqda yaşamağa başlayıblar.

"Sizə əzəb verən, acılar çəkdirən o insanların əvəzinə üzr istəyirəm. Sizi zorlayan və istismar edən bütün katoliklər, dindarların adından sizdən üzr istəyirəm. Sizi gözləyən gələcəyin ümidi və sevinci ilə yaşayın", - dünya katoliklərinin lideri deyib.

Roma Papası 1-ci Fransisk insan alverini bəşəriyyətə qarşı cinayət adlandırıb: "Ümid edirəm ki, hamınız yeni həyata başlaya biləcəksiniz. Sizə güclü, qətiyyətli, iradəli olmağı arzu edirəm".
Bu vizit pontifikin bəyan etdiyi Şəfqət İli çərçivəsindəki "Şəfqət cüməsi" təşəbbüsü çərçivəsindədir.
İyun ayında 1-ci Fransisk demişdi ki, xristianlıq və Roma-katolik kilsəsi ötənlərdə cinsi azlıqlara qarşı dözülməz münasibətinə görə homoseksualistlərdən üzr istəməlidir.

 

 
Demokratik.Az
Oxşar xəbərlər