Fransada müsəlman qadınlara daha bir qadağa

  • 12 avq 2016, 15:37
Fransanın Kann şəhər hakimiyyəti çimərliklərə burkinidə (müsəlman qadınlar üçün üzgüçülük kostyumu) gəlməyi qadağan edib.

Avropa.info xəbər verir ki, bu barədə ABC News kanalı məlumat verib. Kann meri David Lisnar bəyan edib ki,  dini mənsubiyyətə məxsusluğu göstərən geyim ictimai qaydalara cavab vermir və ictimai asayişi pozur. Burkini geyənlər üçün cərimə müəyyən edilib. Qadağanı Fransa şəhərlərində törədilən terror aktları ilə əlaqələndirilir. Təhlükəsizlik çəriçivəsində qəbul olunmuş qadağalardan biri də çimərliyə iri çantalarla gəlməyə qoyulan qadağadır. İri çantalarda bomba keçirilməsi qorxusu fransızları bunu da etməyə məcbur edib.

Qeyd edək ki, daha əvvəl Le-Pen-Mirabonun şəhərinin meriyası yalnız müsəlman qadınların iştirak etdiyi akvaparkda keçirilən tədbiri ləğv etmişdilər. 

Fransada üzü qapadan müsəlman qadın geyimi niqab qadağandır. İctimai yerlərdə geyinməyə görə cərimə düşür. 
Oxşar xəbərlər