ABŞ ordusundan növbəti çevriliş açıqlaması

  • 01 avq 2016, 22:27
ABŞ ordusunun baş qərargah rəisinin kapitan Greg Hiks baş qərargah rəisi general Cozef F. Danfordun Türkiyə səfəri ilə bağlı açıqlama verib. 

Avropa.info xəbər verir ki, ABŞ ordusunun baş qərargah rəisi general Cozef F. Danford Türkiyədə baş vermiş çevriliş cəhdini ən güclü şəkildə pisləyəcək. 

General Danford İŞİD-ə qarşı mübarizə çərçivəsində İncirlik hərbi hava bazasından həyata keçirilən koalisiya əməliyyatların və Türkiyənin həm İŞİD əleyhdarı koalisiyaya həm də NATO ittifaqına verdiyi töhfələrinin əhəmiyyətini bir dəfə də vurğulayacaq.

Xatırladaq ki, ABŞ ordusunun baş qərargah rəisi Türkiyədəki İncirlik hərbi hava bazasında çalışan hərbçiləri ziyarət etmək və bir sıra dövlət rəsmiləri ilə görüşmək üçün Türkiyəyə gəlib. 

Danford səfər çərçivəsində Türkiyənin baş naziri Binəli Yıldırım və ordunun baş qərargah rəisi general Hulusi Akar ilə də görüşəcək. 
Oxşar xəbərlər