Rusiya siyasətinin ən təhlükəli adamı-Babiç

  • 29 iyul 2016, 20:08

Rusiya Mixail Babiçi Ukraynaya səfir təyin etsə, sizin ölkədə yeni casus yuvası yaranacaq.

 

Bunu Ukrayna mətbuatına açıqlamasında Rusiya Dumasının eks-deputatı İlya Ponomaryov deyib. Onun sözlərinə görə, Babiç Rusiya siyasətində ən təhlükəli şəxslərdən biridir:

 

"Babiç Çeçenistana ayrılan dotasiyalar sayəsində öz biznesini inkişaf etdirib. O zaman Babiç Çeçenistanda baş nazir idi. Bu adam sayəsində Ukraynada casus yuvası yaradılacaq. Onun bazasında isə rusiyayönlü qüvvələr hazırlanacaq. Bu şəxslər növbəti parlament seçkisində iştirak edəcəklər”.

 

Qeyd edək ki, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov dünən vəzifəsindən azad edilib. Onun yerinə Mixail Babiçin təyin edilməsi təklif olunur.

 

Babiç SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş işçisidir. O, bundan öncə "Antey” dövlət korporasiyası və Federal Təhlükəsizlik Xidmətinin tərkibindəki Sərhəd Xidmətinin sədr müavini olub. Babiç həmçinin 2003-2011-ci illər Rusiya Dumasının deputatı kimi fəaliyyət göstərib.

 

Demokratik.Az

Oxşar xəbərlər