Türkiyədə prezident qvardiyası ləğv edildi

  • 24 iyul 2016, 11:46
 Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına dair qərar verilib. APA-nın xəbərinə görə, bunu "A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.
"Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.  
Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar  prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb. 
Oxşar xəbərlər