Türkiyədəki fövqəladə vəziyyət şok qərarlara yol açdı

  • 23 iyul 2016, 18:32
Fövqəladə vəziyyətin elan olunduğu Türkiyədə yeni qərarlar verilib. Yeni qərara əsasən şəxsiyyət vəsiqəsi olmadan küçəyə çıxanlar cərimələnəcək, şübhəli şəxslər 1 aydan 6 aya qədər həbs edilə biləcək. 

TBMM-də qəbul edilmiş 3 aylıq fövqəladə vəziyyət elan edilməsi qərarından sonra 5326 nömrəli Qəbahətlər qanununa əsasən bəzi cəzalar tətbiq ediləcək. 

Yeni qaydalara əməl etməyənlər aşağıdakı siyahıdakı kimi cərimələnəcəklər: 

Üzərində şəxsiyyət vəsiqəsi olmayan şəxsə - 219 TL

Şəxsiyyətini gizlətməyə çalışana - 105 TL

Üzərini, maşınını və ya evini axtarmağa icazə verməyənə - 219 TL

Söz, yazı, şəkil, film, val, görüntü lentləri və səslə aparılan hər cür yayıma görə - 219 - 6 732 TL

Hər cür səhnə oyunları və göstərilən filmlərə görə - 219 - 6 732 TL

İcazəli olmasına baxmayaraq hər cür silah və güllələrin üzərində gəzdirilməsi və ya nəqlinə görə - 105 TL

Qapalı və açıq yerlərdə keçiriləcək görüş və şou yürüşlərinə görə - 219 - 6 732 TL 


Bundan əlavə konstitusiyanın 120-ci maddəsinə görə, fövqəladə vəziyyət elan edilmiş dövr ərzində qaydaları pozanlara həbs cəzası da verilə biləcək. Qaydaları pozanlar 1 aydan 6 aya qədər həbs edilə bilərlər. 

Türkiyəyə səyahət edən vətəndaşların ümumvətəndaş pasportlarını yanlarında daşıması məsləhət görülür. 
Oxşar xəbərlər