Türkiyə prezidentinin xilaskarı general imiş

  • 18 iyul 2016, 09:49
Türkiyədə dövlət çevrilişi baş verən gecə prezident Ərdoğanı xilas edən şəxsin kimliyi bəlli olub.

 Türkiyənin "Hürriyyet" qəzeti buna dair konkret ad açıqlayıb.
 
"Hürriyyət" in yazdığına görə, çevriliş baş verən anlarda Marmarisdə olan  Ərdoğan Ankaraya getmək istəyirmiş. Türkiyə ordusunun 1-ci Ordu Komandanı  ordu generalı Ümid Dündar  prezident Ərdoğanıa zəng edərək, onun  Ankaraya deyil, İstanbula gəlməsini xahiş edib. 

"Hörmətli  prezidentim, siz qanuni prezidentsiniz. Sizə bağlıyam. Ankaraya getməyin. İstanbula gəlin, mən sizin təhlükəsizliyinizi təmin edirəm" deyə Dündar  Ərdoğandan xahiş edib.

Dündar  Ərdoğandan sürətli hərəkət etməsini istəyib. Ərdoğan Marmarisdən  çıxdıqdan  62 dəqiqə sonra qiyamçılar  onun  qaldığı otelə hücum ediblər .
 
Demokratik.Az
Oxşar xəbərlər