Baykal Türkiyə olaylarını ŞOU adlandırıb

  • 17 iyul 2016, 23:05
Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, Antalya millət vəkili Dəniz Baykal ölkədə dövlət çevrilişinə cəhdə reaksiya verib.
 

Baykal Twitter hesabında bu barədə yazıb. O, hərbi çevriliş planının oyun olduğuna işarə edib.
 
"40 illik siyasi həyatım boyunca, çoxlu çevrilişlər, işgəncələr gördüm. Amma belə tragikomik çevriliş ssenarisi görmədim”,-deyə bildirib.
 
Onun sözlərinə görə, bu şoudan sonra belə qənaətə gəlmək olar: Gülən camaatını məhv ediləcək, ordu yenidən dizayn ediləcək, prezidentlik sisteminə keçiləcək və müxalifətin dirəniş gücü qırılacaq.
 
"Çevriliş şounuzu, başkanlık şounuz da daxil olmaqla hər şeyi anladıq...Nə edirlər etsinlər, hansı ssenarini qururlar qursunlar. Biz burdayıq. Ssenarilərini üzlərinə vuracağıq”.
 
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub.
 
Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.
 
Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.
 
Demokratik.Az
Oxşar xəbərlər