Türkiyədə həbs dalğası generalitetə də sıçradı

  • 16 iyul 2016, 20:17
Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs edilib.

APA xəbər verir ki, ordu generalı A. Huduti hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb. 

O, son sutka ərzində həbs edilən ən yüksək rütbəli zabitdir.

Malatya qarnizonunun komandanı, general Avni Anqun və Balıkəsir hərbi-hava bazasının rəhbəri, general-leytenant Ishak Dayıoğlu Türkiyədə hərbi çevriliş cəhdinə görə saxlanılıb.

Dövlət çevrilişi cəhdi edən keçmiş Havaqüvvələri komandanı, general Akın Öztürkdə saxlanılıb.

Malatyada keçirilən əməliyyatda mayor Fatih Kılınç öldürülüb.  

Qeyd edək ki, qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriya istiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var.
Oxşar xəbərlər