"Bəsdir bu qədər xəyanət!"

  • 16 iyul 2016, 09:06

7:35 / Prezident artıq İstanbuldadır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəqiqələrdə İstanbul aeroportuna çatıb. ANS PRESS-in məlumatına görə, prezident minlərlə tərəfdarları qarşısında çıxış edib. Ərdoğan çevrilişçi qüvvələri xəyanətdə günahlandıraraq təslim olmağa çağırıb.

5:23 / Ərdoğandan təcili bəyanat

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan mətbuat konfransı keçirib.

Ərdoğan deyib ki, İstanbula gəlməzdən əvvəl Marmarisdə idi: "Mən oradan çıxdıqdan sonra oraları da bombalayıblar. Mənim hələ də orda olduğunu fikirləşirdilər."

Prezident deyib ki, çevrilişə cəhd edən hərbçilər baş katibi aparıblar. Ərdoğan hazırda ondan xəbər ala bilmədiyini deyib.

Onun sözlərinə görə, hazırda həmin hərbçilərə qarşı əməliyyatlar davam edir, həbs edilənlər var və bu əməliyyatlar sonuna qədər davam edəcək.

"Millətin silahı ilə milləti vururlar", -deyən Ərdoğan bildirib ki, bu çevrilişə cəhdin Türiyə üçün böyük faydası olacaq.

"Çünki Türkiyə Silahlı Qüvvələrində olan xainlər üzə çıxdı. Hamısı bir-bir təmizlənəcək. Bədəlini çox ağır ödəyəcəklər", - Ərdoğan bildirib.

5:19 / Hərbçilər Ərdoğanın evinə hücuma hazırlaşır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda xalqın arasına çıxıb. ANS PRESS-in məlumatına görə, onu böyük izdiham qarşılayıb.

ANS TV-nin Türkiyə bürosunun verdiyi məlumata görə, hərbçilər Ərdoğanın İstanbuldakı evinə doğru hərkət edir. Onlar Ərdoğanı ələ keçirmək istəyirlər.

Lakin xalq prezidentin evinə gedən tuneli bağlayıb. Vətəndaşlar TIR-larla yolu bağlayıblar.

Bir azdan hadisə yerindən videonu təqdim edəcəyik.

4:20 / Ərdoğan yaxın saatlarda xalqa müraciət edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə saatdan sonra xalqa müraciət edəcək.

ANS PRESS-in məlumatına görə, Ərdoğanın təyyarə ilə Atatürk hava limanına gəlib.

4:03 / Girov götürülən Baş Qərargah rəisi azad olundu

Türkiyənin Milli Təhlükəsizlik Nazirliyi baş qərargah rəisi ilə bağlı açıqlama verib. 

ANS PRESS-in məlumatına görə,  nazirlik açıqlamsında bildirib ki, Hulusu Akar vəzifəsinin başındadır.

3:36 / İstanbul qubernatoru açıqlama verdi

"Türkiyədə hərbi çevriliş planı uğursuz oldu". ANS PRESS-in məllumatına görə, bunu NTV telekanalının efirində İstanbulun qubernatoru Vasip Şahin deyib. "Artıq çevrilişin təşkilatçılarının həbslərinə başlanılıb."

Telekanalının məlumatına görə, Bursa əyalətinin jandarmeyasının rəisi saxlanılıb. 

Türkiyə KİV-nin məlumatına görə, dövlət çevirilişinə cəhd edən 1 general 3 zabit və 25 əsgər hebs olunub.

3:18 / Ərdoğanı devirmək planını hazırlayan şəxs

Türkiyədə dövlət çevrilişi planını hazırlayan şəxsin adı açıqlanıb. ANS PRESS-in Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, çevriliş planını vəzifədən kənarlaşdırılan Baş Qərargah ədliyyə müşaviri polkovnik Muharrem Köse hazırlayıb.

Hərbi mənbələrdən verilən məlumata görə, Köse ilə yanaşı çevriliş planını pokovnik Mehmet Oğuz Akkuş, Erkan Ağır, Doğan Uysal hazırlayıblar.

1:27 / Ərdoğan danışdı: Meydanlara gəlin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNNTürk telekanalında telefon vasitəsilə açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan deyib ki, o Türkiyə respublikasının prezidentidir və o, xalqa müraciət edərək, küçələrə axışmağı və hərbçilərə müqavimət göstərməyi xahiş edib.

O bildirib ki, bu çevrilişi edənlərin hamısı cəzalandırılacaq.

"Mən hazırda ölkəmin Ali Baş Komandanı olaraq bunu çox açıq şəkildə deyirəm, qurucusu olduğum partiyanın bütün üzvlərini, milli iradəsi olan cümhurun özünü, xüsusilə şəhərlərdə insanları meydanlara çağırıram. Bu çevrilişi edənlərə layiqli dərsi verəcəyik."

 

1:12 / Türkiyədə hərbi çevriliş: Ərdoğan devrildi

Hazırda TRT-nin efirində dövlət çevrilişinin baş tutduğu barədə bəyanat oxunur.

ANS PRESS-in məlumatına görə, bəyanatda qeyd olunur ki, dövlətin itirilən etibarının yenidən qazanılması üçün rəhbərliyə əl qoyulub.

Baş Qərargah rəisi Hülusi Akar yeni hökumətin başçısı olub.

Hərbçilər Ankarada alqışlarla qarşılanır.

1:07 / Ərdoğan Atatürk hava limanına gəlir

Türkiyə Prezidneti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanına gəlir. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə KİV-i yazır.

Bildirilir ki, Ərdoğan bir azdan çıxış edəcək. Bu arada bildirək ki, hava limanında bütün uçuşlar dayandırlıb.

0:46 / Ərdoğan da girov götürüldü?

Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bir qrup hərbçi tərəfindən girov götürülüb. ANS PRESS-in məlumatına görə, Qərargah rəisi ilə birlikdə bir neçə general da girov götürülüb.

Bəzi kütləvi informasiya vasitələri xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da girov götürülüb. Lakin Reuters xəbər verir ki, Ərdoğan təhlükəsiz yerdədir, girov götürülməsi yalan xəbərdir.

0:25 / "Bədəlini ən ağır şəkildə ödəyəcəklər"

Türkiyə Baş naziri Binəli Yıldırım Ankara və İstanbuldakı fövqəladə vəziyyətlə bağlı açıqlama verib. ANS PRESS-in məlumatına görə. baş nazir deyib ki, hərbçilər arasında çevrilişə cəhd olub.

"Bunu edənlər ən ağır şəkildə bədəlini ödəyəcəklər", - Binəli Yıldırım bəyan edib.

Ordu Ankara və İstanbula yeridildi

Türkiyədə İstanbul və Ankarada insanlar təşvişə düşüb. ANS PRESS-in məlumatına görə, buna səbəb hər iki şəhərdə qoşunların və zirehli texnikanın küçələrə çıxarılmaısıdr.

Ankarada hətta qırıcılar aşağıdan uçuşlar həyata keçiriblər. Paytaxtda atışma səsləri eşidilib. Havaya qaldırılan helikopterlər binalardan birini atəşə tutub.

Reuters agentliyi xəbər verir ki, Türkiyənin Baş naziri Binali Yıldırım dövlət çevrilişinə cəhd oduğunu bəyan edib.

Oxşar xəbərlər