FTX-nın “Gelandewagen” şousu narazılıq yaratdı - VIDEO

  • 04 iyul 2016, 10:23

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) məzunları Moskvanın mərkəzində avtomobil yarışları keçiriblər. Anspress-in məlumatına görə, iyunun 21-də Moskvanın mərkəzində 30 ədəd "Mercedes-Benz Gelandewagen" markalı qara rəngli avtomobillərin peydə olması sakinlərin marağına səbəb olub. 

Məlum olub ki, gələcək federal təhlükəsizlik əməkdaşları maşınları 2-3 saatlıq kirayəyə götürüblər və şəhərin mərkəzində yüksək sürətlə və yol qaydalarını pozaraq hərəkət ediblər.

Hadisənin görüntüləri sosial şəbəkələrə düşər düşməz "avtoşlar" istifadəçilər tərəfindən şərh atəşinə tutulub. Şərhlərdən çoxu neqativ xarakter daşıyıb. İnsanlar ölkənin təhlükəsizliyini qorumalı olan gənclərin belə bir addım atdıqlarından hiddətləniblər.


 

Demokratik.Az

Oxşar xəbərlər