Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:45 - 22.08.2019  
"Palmali"müflisləşir?Oliqarxın köməyinə Abbas Abbasov gəlir?
Tarix: 4-07-2016, 10:09 | Bölmə: Xəbərlər » Dünyada

Mənzil-qərargahı İstanbulda yerləşən "Palmali” şirkətlər qrupunun sahibi, azərbaycanlı oliqarx Mübariz Mənsimovun biznesi müflisləşmə həddindədir. Virtualaz.org Türkiyədəki mənbələrdən əldə etdiyi məlumatlara görə "Palmali” qrupunun praktiki olaraq bütün gəmiləri oliqarxın götürdüyü kreditlərə görə banklarda girovdur. Mənsimov vəziyyətdən çıxa bilmək üçün "Palmali”nin tankerlərindən bir qismini Rusiyanın "İtera” şirkətinə satmağı qərara alıb.

"Palmali"müflisləşir?Oliqarxın köməyinə Abbas Abbasov gəlir?"İtera” 90-cı illərin əvvəllərində özəl şirkət kimi meydana çıxıb və MDB respublikalarına Rusiya qazının satışında inhisarçı idi. Bir neçə il əvvəl şirkətin səhmlərinin hamısı dövlət neft şirkəti "Rosneft”ə keçib. Lakin mötəbər mənbələr bildirir ki, Azərbaycanın baş nazirinin keçmiş müavini, iflasa uğramış "Milyarderlər ittifaqı” layihəsinin rəhbəri Abbas Abbasovun və "SOCAR Trading” şirkətinin keçmiş icraçı direktoru Valeri Qolovuşkinin "İtera” şirkətində maraqları mövcuddur. Mənbələrin bildirdiyinə görə, Mənsimov tankerlərinin bir neçəsinin bu şirkətə satılmasına dair danışıqları Abbasov və Qolovuşkin vasitəsilə aparır

Xatırladaq ki, bir gün əvvəl Mənsimovun SOCAR-a da borclu olduğu açıqlanıb. Məlum olub ki, SOCAR "Palmali” şirkətlər qrupuna 2021-ci ilə qədər qaytarılmaq şərti ilə 120 milyon dollar borc verib. Bunun əvəzində "Palmali”nin səhmlərinin bir hissəsi girov qoyulub

Dünyanın ən böyük tanker donanmalarından birinə malik olan Mənsimovun maliyyə vəziyyətinin şübhəli tərzdə pisləşdiyi barədə məlumatlar hələ ötən ildən yayılmağa başlamışdı. Milyarderin maliyyə vəziyyətinin o qədər də yaxşı olmadığı "Hafka” kimi tanınan müflis azərbaycanlı oliqarx Hafiz Məmmədovun mətbuata müsahibələrindən birində ilk dəfə üzə çıxırdı. "Hafka” bildirirdi ki, Mənsimov ona 4 milyon dollar borcludur və dəfələrlə xahiş etsə də borcunu qaytarmır.

Daha sonra Türkiyə mediasında Mənsimovun biznesinin çökməyə başladığı haqda xəbərlər peyda olmağa başladı. Belə xəbərlərdən birində deyilirdi ki, Mənsimov Rusiya prezidenti Vladimir Putinin qəzəbinə tuş gəlib. Səbəb isə onun Türkiyənin hakim ailəsi ilə ortaq biznesi və İŞİD-in Suriyada, İraqda ələ keçirdiyi neft yataqlarından hasil olunan nefti öz tankerləri ilə dünya bazarlarına çıxarmasıdır. Bildirilirdi ki, Putinin gözündən düşəndən sonra Mənsimovun biznesində geriləmə başlayıb və o, aktivlərini satışa çıxarmalı olub. Bu məlumatların yayılması Rusiya ilə Türkiyə arasında münasibətlərin korlanmasından sonraya təsadüf edirdi. Hansı ki, Putin dəfələrlə Mənsimovun şirkətinə eyhamla İŞİD neftinin Türkiyəyə daşınıb Ceyhan limanından tankerlərə doldurulduğuna dair bəyanatlarla çıxış etmişdi.

Virtualaz.org Mənsimovun neft daşıma biznesində Türkiyənin hakim ailəsinin üzvləri ilə ortaqlığı barədə türk mediasına istinadən dəfələrlə yazıb. Habelə dəfələrlə beynəlxalq mediada "Palmali” şirkətinin İŞİD neftini daşıdığı haqda xəbərlər yer alıb. Məsələn,Rusiyanın nüfuzlu "Novaya qazeta” nəşri yazıb ki, İŞİD-in Suriyada və İraqda ələ keçirdiyi yataqlardan çıxarılan neft Türkiyənin Ceyhan limanından azərbaycanlı oliqarx Mübariz Mənsimovun "Palmali Shipping & Agency JSC” şirkətinə məxsus tankerlərlə daşınır. Nəşrin məlumatına görə, dünyanın aparıcı xüsusi xidmət orqanları bu haqda xəbərdardır.

İspaniyanın "El Economista” qəzetinin İŞİD-in neft biznesinə dair məqaləsinə oxucu şərhlərindən birində də Mənsimovun tankerlərinin bu biznesdə iştirakından bəhs edilirdi. Bu ilin əvvəllərində qəzetin internet saytına yazan oxuculardan biri bildirirdi ki, "Palmali Shipping & Agency” şirkəti tərəfindən kirayələnmiş iki tanker Ceyhan limanından Kürdüstan nefti ilə doldurularaq yola salınıb. Daha iki tanker isə İŞİD-in icazəsi ilə hazırda yüklənməkdədir.

Mənsimovun biznesinin qara günlərinin başladığı və onun Putinin qəzəbinə tuş gəldiyi haqda iddiaların yayılmasından sonra daha bir bəd xəbər Rusiyadan gəldi. Bu ilin əvvəllərində Rusiyada "Palmali” ASC şirkətinin direktoruna qarşı xüsusilə iri məbləğdə vergidən yayınma ittihamı üzrə cinayət işi qaldırıldı.

Xəbər verdiyimiz kimi, Rostov vilayətinin hüquq-mühafizə orqanları tərəfindən qaldırılmış cinayət işinə əsasən "Palmali” gəmiçilik şirkətinin direktoru Aleksey Mixelyov 1 milyard 282 milon rubl məbləğində vergini gizlətməkdə ittiham olunur.

İttiham aktına əsasən, şübhəli Mixelyov Rostovun Leninsk rayonunun vergi müfəttişliyinə şirkətin 2010-2011-ci illərdəki fəaliyyətinə dair vergi bəyannaməsi təqdim edib. Bu bəyannamədə yalan məlumatlar əksini tapıb, şirkətin su nəqliyyatı ilə daşıdığı yüklərdən əldə edilən gəlirlərin məbləği azaldılıb. Nəticədə şirkət iki il ərzində 1 milyard 282 milyon rubl vergini az ödəyib. Bu, indiki kursla təxminən 150 milyon dollar deməkdir. Toplanan faktlar əsasında İsintaq İdarəsinin yerli şöbəsi tərəfindən Mixelyovun barəsində xüsusilə iri məbləğdə vergidən yayınma maddəsi ilə cinayət işi qaldırılıb.

"Palmali” ASC 2000-ci ildə təsis edilib və Mübariz Mənsimova məxsus ”Palmali Holding”in tərkibinə daxildir. Şirkətin mülkiyyətində və idarəçiliyində 50-dən çox tanker var. Onlar Rusiya və xarici ölkələrin bayraqları altında üzür.

Nəhayət, bir neçə ay əvvəl Mənsimov İstanbuldakı "The Edition” otelini satdı və oliqarx bildirmişdi ki, bunu heç də maliyyə vəziyyətinin pisləşməsi üzündən etmir. Sadəcə olaraq, turizm biznesi onluq deyil və diqqəti başqa sahələrə yönəltməyi qərara alıb. Lakin son məlumatlara əsasən, Mənsimovun borc içində batdığı tamamilə aydındır. Bir vaxtlar biznesi sürətlə və şübhəli şəkildə böyüyən oliqarxın çöküşü prosesi artıq başlayıb…

 

Demokratik.Az

Xəbər 2799 dəfə oxunub






Oxşar xəbərlər

2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11342] initstartout [0.00012] initstartin [0.00057] calstart [0.00728] calend [0.00040] topnewsend [0.00261] rsssend [0.00000] ehgend [0.00505] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09690]