Dəmirtaş prokurorluğa çağırıldı

  • 30 iyun 2016, 19:43
Türkiyənin Xalqların Demokratiyası Partiyası( HDP) liderlərindən sayılan Səlahəddin Dəmirtaş prokurorluğa çağırılıb.

Türkiyə mətbuatının məlumatına görə,  Mersin şəhərində baş verən hadisələrlə bağlı açılan cinayət işi çərçivəsində S. Dəmirtaş Ankara Baş Prokurorluğuna ifadə verməyə çağırılıb.

Ankara Baş Prokurorluğu Səlahəddin Dəmirtaşdan başqa HDP-çi millət vəkilləri Dirayət Daşdəmir və Bedran Öztürkü də  ifadə vermək üçün çağırıb.

Dəmirtaş isə Ankara Prokurorluğunun onu çağırmasına baxmayaraq ifadə verməyə getməyəcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə Dəmirtaşın millətvəkili kimi  toxunulmazlığı əlindən alınıb.

lent.az
Oxşar xəbərlər