Roma papasının erməni təəssübkeşliyi

  • 25 iyun 2016, 11:45

Hazırda Ermənistanda səfərdə olan Roma papası I Fransisk "erməni soyqırımı” abidəsini ziyarət edib.

 

Bu barədə Ermənistan KİV-ləri xəbər yayıb. Xəbərə əsasən,papanı Tsisernakaberd memorial kompleksinin girişində prezident Serj Sarkisyan və xanımı Rita Sarksiyan qarşılayıb.

Fransisk onların və katolikos II Qareginin müşaiyəti ilə qondarma"soyqırım" abidəsinə əklil qoyub və dualar edib.Bununla dünyaya ermənipərəstliyini nümayiş etdirib.

Daha sonra "soyqırımı muzeyi”nə gedib və fəxri qonaqlar üçün olan kitaba öz ürək sözlərini yazıb.

Roma papasının bu gün Gümrü şəhərinə gedəcəyi və yerli Vardanants meydanında dualar edəcəyi bildirilir.

Həmçinin, şəhərdəki erməni katoliklərlə görüşlər keçirəcəyi də planlaşdırılıb.

Axşam roma papası Yerevana qayıdaraq dünyada sülhün bərqərar olması üçün dini ayin də keçirəcək.

 

Demokratik.Az   

Oxşar xəbərlər