"ABŞ-ı nüvə silahı ilə vurmaqdan başqa variant yoxdur"

  • 25 iyun 2016, 11:10
Şimali Koreya ABŞ-ı nüvə silahı ilə təhdid edib.

Musavat.com publika.az-a istinadən bildirir ki, ölkənin Xarici İşlər Nazirliyinin ABŞ işləri üzrə məsul şəxsi Han Song-Ryol ABŞ rəhbərliyinin mövcud vəziyyəti dəyişdirəcəyinə ümid etmədiyini deyib.
 
"ABŞ hərbi təhdidlərə, sanksiyalara və iqtisadi təzyiqlərə son qoymalıdır. Başımıza silah dirədikləri halda, bizdən aradakı problemlərin həllini istəyirlər. Dünyanın ən böyük supergücü ilə düşmənsənsə, nüvə silahi istehsal etməkdən başqa variant yoxdur", - o bildirib.
 
Onun sözlərinə görə, ABŞ Şimali Koreyanın strateji mövqeyini görməli və düşmən siyasətindən əl çəkməlidir.
 
Demokratik.Az

Oxşar xəbərlər