Britaniyanın Avropa İttifaqından çıxmasının tərəfdarları qalib gəliblər

  • 24 iyun 2016, 09:53
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarları 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gəliblər.
 
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ümumilikdə Aİ-dan çıxmaq istəyənlər səsvermədə iştirak edənlərin 52 faizini, qalmağın tərəfdarları isə 48 faiz təşkil edib.
 
Seçici fəallığı 72,1 faiz olub. 

Oxşar xəbərlər