Hindistanda ildırım faciəsi-45 ölü

  • 22 iyun 2016, 10:17
Bu gecə Hindistanın şərqində yerləşən Bihar ştatında ildırım vurması nəticəsində azı 45 nəfər ölüb, 10-dan çox insan xəsarət alıb.
Demokratik.Az xəbər verir ki, "Air News” nəşrinin məlumatına görə, ölənlərin sayının artacağı ehtimal olunur.
Xatırladaq ki, ölkənin şərqində dolu ilə müşahidə olunan leysan yağışlar yağır. Sinoptiklər yaxın bir neçə gündə yağışlı hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar.Allahın gücünü bu və digər şəkildə özlərində hiss edən Hindistan əhalisi baş verənlərin inam və etiqadla əlaqəli olduğuna inanırlar.Bildiyiniz kimi,hidlilər arasında təkallahlılığa qarşı çıxanların sayı milyonlarladır...
 
Demokratik.Az
Oxşar xəbərlər