"Google"un Paris ofisinə basqın edildi

  • 25 may 2016, 08:58
Fransada polis "Google”un Parisdəki ofisində əməliyyat keçirib.Dünən 100-dən çox polis "Google”un Parisdəki binasına gəlib. Hadisənin şirkətin vergi ödəmələrində qüsurlara yol verməsi ilə əlaqədar olduğu bildirilir. 

Hələlik faktla bağlı "Google”dan və polisdən hər hansı rəsmi açıqlama verilməyib. 

Qeyd edək ki, "Google”un, eləcə də ABŞ-ın digər İT şirkətlərinin Avropada vergidən yayındığı haqda iddialar var.

lent.az 
Oxşar xəbərlər