Şimali Koreya lideri özünə qadağa qoydu

  • 23 may 2016, 09:05

Şimali Koreya diktatoru Kim Çen İn ölkədə yeni qadağalar tətbiq edib. Bir neçə ay öncə ölkədə yeni doğulan uşaqlara "Kim" adının qoyulması qadağan edilmişdi. Bu dəfə isə körpələrə "Jong" adı qoymaq qadağan edilib. 



Qeyri-adi qərarları ilə gündəmə gələn diktator, yüksək rütbəli şəxslərin siqaret çəkməsini dünəndən etibarən qadağan edib. Şimali Koreya lideri Kim Çen İn özü də siqareti atıb. 


Yüksək rütbəli şəxslərə siqaret qadağası qoyulması ilə o həmçinin özünə də siqaret çəkməyə qadağa edib.

Qeyd edək ki, Şimali və Cənubi Koreya dünyada ən çox siqaret istehlak edən ölkələr sırasındadır

Teymur
Bizimyol.info
Oxşar xəbərlər