Dərbənddə xüsusi əməliyyat başa çatıb

  • 15 may 2016, 15:21
Bu gün səhər Dərbənd şəhərində aparılan xüsusi əməliyyat başa çatıb. Qeyd edək ki, ötən gün Dərbənddə çoxmərtəbəli binada mövqe tutmuş silahlılara qarşı keçirilmiş xüsusi əməliyyat zamanı dörd silahlı öldürülüb.  Atışma zamanı 17 polis yaralanıb, 2-si həlak olub.  Qeyd olunan silahlı dəstənin mayın 9-da Dərbəndin sabiq meri Feliks Qazıəhmədovun atası Hacıəhməd Qazıəhmədovun qətli ilə əlaqəsi olduğu ehtimal olunur.   
İŞİD terror qruplaşması ilə əlaqəli olan informasiya resursları Dərbənddə polislə toqquşmalarda İŞİD silahlılarının iştirak etdiyini bildiriblər. İŞİD-in yaydığı bəyanatda toqquşmalarda 3 polis əməkdaşının öldürüldüyü iddia edilib. 
 

 

***
saat 05.52
 
Dağıstanın Dərbənd şəhərində çoxmərtəbəli binana mövqe tutmuş silahlı dəstəyə qarşı mayın 14-də günorta saatlarından başlayan xüsusi əməliyyat bu gün səhər saatlarında davam etdiriləcək. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə Dağıstanın hüquq-mühafizə orqanlarından bildirilib.     
 "Qaranlıq düşməsi səbəbindən xüsusi əməliyyat səhər saatlarında davam etdiriləcək”, - deyə mənbə bildirib.  
Ötən gün Dərbənddə çoxmərtəbəli binada mövqe tutmuş silahlılara qarşı keçirilən xüsusi əməliyyatın aktiv mərhələsi ötən gün axşam saatlarında başa çatıb.  İlkin məlumata görə, atışma zamanı dörd silahlı öldürülüb.
Atışma zamanı 17 polis yaralanıb, 2-si həlak olub.
Əməliyyat zamanı Dərbənd polis idarəsinin cinayət axtarış şöbəsinin rəisinin də həlak olduğu bildirilir.
İŞİD terror qruplaşmasının silahlıları Dağıstanın Dərbənd şəhərində polis əməkdaşlarına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Terror qruplaşması ilə əlaqəli olan informasiya resursları Dərbənddə polislə toqquşmalarda İŞİD silahlılarının iştirak etdiyini bildiriblər. İŞİD-in yaydığı bəyanatda toqquşmalarda 3 polis əməkdaşının öldürüldüyü, silahlılar arasında isə itkilərin olmadığı vurğulanır.   
Qeyd olunan silahlı dəstənin mayın 9-da Dərbəndin sabiq meri Feliks Qazıəhmədovun atası Hacıəhməd Qazıəhmədovun qətli ilə əlaqəsi olduğu ehtimal olunur.
 
Demokratik.Az
Oxşar xəbərlər