İraq Kürdüstanı müstəqillik yolunda

  • 07 may 2016, 18:29
İraq Kürdüstanı müstəqilliklə bağlı referendum keçirmək niyyətindədir.

Avropa.info xəbər verir ki, bu barədə İraq Kürdüstanı milli təhlükəsizlik şurasının sədri Məsud Bərzani "The Washington Post” qəzetində yazdığı məqaləsi ilə çıxış edib. Bərzani İraq Kürdüstanını uğursuz eksperiment adlandırıb.

O deyib ki, yetkin olmayan dövlət forması kürdləri daimi münaqişələrin içinə gətirib. O, İraq hakimiyyətini öz vətəndaşlarını qoruya bilməməkdə ittiham edib.

Qeyd edək ki, İraq Kürdüstanı İraq dövləti daxilində geniş statuslu muxtariyyətdir. 

 

Demokratik.Az