Merkeldən Avropa ölkələrinə müsəlman təpkisi...

  • 04 may 2016, 09:08
"Bəzi ölkələrin  müsəlmanlar ölkəmizə girə bilməz deməsini xoş qarşılamıram. Bunu doğru saymıram."

Bu sözləri Almaniya kansleri Angela Merkel Berlindəki fransız litseyi tələbələrinin suallarını cavablandırarkən deyib.

Suriyanın də Avropa Birliyinin  bir qonşusu olduğunu ifadə edən Merkel, 500 milyon əhalisi olan AB-nin qaçqınları  qəbul etməsinin  məsuliyyət daşıdığını deyib.

"Bəzi ölkələrin  müsəlmanlar ölkəmizə girə bilməz deməsini xoş qarşılamıram . Bunu doğru saymıram. Bu Avropa dəyərlərinə, din və insan azadlıqlarına ziddir" deyə Merkel qeyd edib.
Oxşar xəbərlər