Ərdoğandan yaralı əsgərə telefon hədiyyəsi

  • 02 may 2016, 22:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-ya qarşı keçirilən hərbi əməliyyatlar zamanı terrorçuların açdığı atəş nəticəsində qulağından güllə yarası alan Mardinin Nusaybin bölgəsinin sakini çavuş Mustafa Bozoka mobil telefon hədiyyə edib.

Mustafa Bozok Nusaybində PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı qulağından güllə yarası alaraq, Diyarbəkir hərbi xəstəxanasına yerləşdirilib.
 

Mustafa Bozokun həyatını həmin an qulağına qoyaraq danışdığı mobil telefon xilas edib. Güllə zərbəsindən telefon işlənilməz vəziyyətə düşüb. Bundan xəbər tutan Prezident Rəcəb Tayyib Ərdoğan Mustafa Bozoka yeni mobil telefon bağışlayıb.

 

Demokratik.Az