İraqda güclü partlayış-14 ölü, 37 yaralı

  • 30 apr 2016, 12:52

İraqın paytaxtı Bağdad şəhərinin şərqində Nahravan rayonunda törədilən terror aktı nəticəsində azı 14 nəfər həlak olub, 37 nəfər isə yaralanıb.

Demokratik.Az bildirir ki,bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 30-da səhər saatlarında Nahravan rayonunun yaşayış mətəqələrindən birində partlayıcı yerləşdirilmiş avtomobilin partlaması nəticəsində baş verib.

Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir.

Hələlik terror aktının məsuliyyətini üzərinə götürən olmayıb.  

Oxşar xəbərlər