Koçaryana silahlı hücum olub

  • 16 apr 2016, 08:31
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın evinə silahlı hücum edilib.

Bu haqda Ermənistanın  news.am saytı məlumat yayıb.

Məlumata görə, İrəvan polisi hadisə yerinə gəlib.
 
Ermənistan daxili işlər nazirliyinin  ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot  Aqronyan Koçaryanın evinə qumbara atıldığını bildirib. Hazırda hadisə yerində əməliyyat qrupu işləyir.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın hazırkı prezident Serj Sarkisyanla münasibətləri gərgindir. Qarabağda silahlı qarşıdurmadan sonra Koçaryan Sarkisyanın görüş dəvətini rədd etmişdi.
Oxşar xəbərlər