Ərdoğan və Nazarbayevdən İslam çağırışı

  • 14 apr 2016, 08:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İslam layihəsi ilə bağlı birgə bəyannamə elan ediblər. 

Axar.az xəbər verir ki, tərəflər arasında razılaşdırılan sənəd İƏT liderlərinin 13-cü sammitində elan edilib.
 
Ərdoğan və Nazarbayevin birgə bəyannaməsində İƏT ölkələrini islam yaxınlaşmasını dəstəkləməyə və müsəlman cəmiyyəti üçün gələcəkdə buna yeni siyasi platforma kimi baxmaq çağırışı edilib: 

"İslam həmrəyliyinə sədaqətimizi qətiyyətlə təsdiq edirik. İƏT-in üzv dövlətlərini İslam dünyasında yeni strategiya hazırlamağa dəvət edirik. İslam ölkələrini beynəlxalq münasibətlərdə gərginliyin azaldılmasında və konkret məsələlərin qəbulunda tövsiyələrini verməyə səsləyirik".

Qeyd edək ki, Nazarbayev və Ərdoğanın tədbirə əl-ələ gəlmələri dünya mediasının diqqətini çəkib.
Oxşar xəbərlər