"Əməliyyatlar yenidən başlayacaq" -Ukraynada

  • 08 apr 2016, 20:49
Ukrayna ordusu ölkənin şərqində hərbi fəaliyyətini artırıb. Baş verənlər böyük münaqişənin olacağından xəbər verir.

Bu sözləri Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç söyləyib.

"Bölgədə baş verənləri atəşkəsin pozulması halları kimi dəyərləndirmək doğru olmaz. Cəbhə xəttində yenidən aktiv hərbi əməliyyatlar başlayacaq”, - Lukaşeviç söyləyib. 

Qeyd edək ki, Ukrayna və Rusiya arasında 2014-cü ildə atəşkəs elan edilmişdi.

axar.az