Rza Zərrab azadlıq fikrindən vaz keçdi

  • 02 apr 2016, 16:32

ABŞ-da həbs olunan azərbaycanlı iş adamı Rza Zərrab Florida məhkəməsinə girov qarşılığında azadlığa buraxılması ilə bağlı etdiyi müraciətdən imtina edib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun cənub bölgəsi üzrə baş prokuroru Prit Bharar məlumat yayıb. Onun sözlərinə görə, Rza Zərrab məhkəmə prosesinin davamı üçün Nyu-Yorka aparılacaq.

Mayami məhkəməsi də Rza Zərrabın girov tələbindən imtinasını və Nyu-York bölgə məhkəməsinə aparılmaq istəyini qəbul edib.

Zərrabın girov qarşılığında azadlığa buraxılma tələbindən imtinası isə Amerika məhkəməsi ilə "iş birliyi etmək” planı kimi şərh olunur. Belə ki, Zərrab ittiham olunduğu qanun pozuntularını etiraf edərək "şəriklərini” açıqlayarsa, cəzası yüngülləşə bilər.

Qeyd edək ki, Rza Zərrab martın 19-da ABŞ-ın Mayami şəhərində ailəsi ilə birlikdə istirahətdə ikən polis tərəfindən saxlanılıb. Dörd müxtəlif qanun pozuntusunda ittiham olunan iş adamı üçün məhkəmədə 75 il həbs cəzası tələb olunub.

Fatimə Kərimli

Virtualaz.org

Oxşar xəbərlər