Yenə terror-Türkiyədə

  • 31 mart 2016, 21:14

6 polis şəhid, 23 yaralı

Türkiyədə güclü partlayış baş verib. 

Terrorçular Diyarbəkirdə avtovağzal yaxınlığından polisin xidməti avtobusu bomba quraşdırılmış avtomobili partladıb.

Çox sayda yaralının olduğu bildirilir. Partlayış nəticəsində avtobusun içərisində olan polislər və ətrafdakı insanlar yaralanıblar.

Əraziyə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Yaralıların yaxınlıqdakı xəstəxanalara yerləşdirilir. Bildirilir ki, partlayış baş verən ərazidə yaralılar qalıb.

Daha əvvəl isə "Haberturk" məlumat yaymışdı ki, Diyarbəkirdə avtobağzalın yanında yerləşən yaşayış binası yaxınlığında partlayış törədilib. Partlayış baş verərkən ərazidən hərbi maşının keçdiyi bildirilir. Terror aktı zamanı 3 nəfər yaralanıb. 

anspress.com
Oxşar xəbərlər