Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsir

  • 30 mart 2016, 21:02
Ukrayna Ali Radasının xarici işlər komitəsi Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı qərar qəbul edib. 

Ukrayna mətbuatına istinadən xəbər verir ki, qərar səs çoxluğu ilə qəbul edilib.

Məsələ ilə bağlı yekun qərarı aprelin 11-də Ukrayna parlamentinin Məşvərət şurası verməlidir.

Əgər bu qərar qanuni qüvvətə minərsə, Ukrayna hökuməti müvafiq qanun layihələri hazırlamalı, Rusiya ilə bütün beynəlxalq müqavilələri ləğv etməli və səfirlik və konsulluqları ilə Rusiyada Ukraynanın maraqlarını təmsil edəcək ölkəni müəyyənləşdirməlidir.

virtualaz.org