Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:40 - 22.08.2019  
Azəri milyarder bütün ortaqlarını ələ verəcək - GİZLİ ANLAŞMA
Tarix: 26-03-2016, 13:39 | Bölmə: Xəbərlər » Dünyada

İş adamı ABŞ-a gedəcəyini yaxın çevrəsindən heç kimə deməyib.

Azəri milyarder bütün ortaqlarını ələ verəcək - GİZLİ ANLAŞMAMartın 19-da ABŞ-ın Mayami şəhərində həbs olunan və İrana qarşı sanksiyaları pozmaqda, beynəlxalq miqyaslı qeyri-leqal pul transferində və saxtakarlıqda ittiham edilən iranlı iş adamı Rza Zərrab Federal Təhqiqatlar Bürosu ilə gizli sövdələşmə əldə edib.

Rza Zərrabın ABŞ-a nədən getdiyi hələ də müəmma olaraq qalır. Çünki onun İrana qarşı sanksiyaları neytrallaşdırmağa yönələn fəaliyyəti barədə hələ 2013-cü ildə Türkiyədə keçirilən antikorrupsiya həbslərindən məlum idi. Üç ölkənin (Azərbaycan, İran və Türkiyə) pasportunu daşıyan bu qalmaqallı iş adamı İrana aid on milyardlarla dolları və tonlarla qızılı müxtəlif ölkələrdə təsis edilmiş şirkətləri, özəl kuryerləri vasitəsilə transfer edərək Tehrana qarşı tətbiq edilmiş sərt maliyyə sanksiyalarının təsirlərini azalda bilmişdi. 

Bu baxımdan məntiqlə Rza Zərrab ABŞ-a ayaq basmaqdan ehtiyat etməliydi, ancaq o, öz ayağı ilə Mayamiyə gedib və aerportda FTB xəfiyyələri tərəfindən yaxalanıb. Zərrabın ABŞ-a niyə getdiyi barədə sual açıq qalır. Bu suala onun vəkilləri də aydınlıq gətirə  bilməyib.

Lakin "Aydınlık” qəzeti iddia edir ki, Rza Zərrab ABŞ-a getməzdən 3 ay əvvəl İstanbulda FTB agentləri ilə təmasa keçib və onlarla İstanbulunn Tarabya səmtində məxfi görüş keçirib. Görüş FTB-nin konspirativ mənzillərindən birində baş tutub. Bu görüşdən Türkiyə hakimiyyətinin xəbər tutmaması üçün maksimum məxfilik səviyyəsi tətbiq olunub.

Zərrabın ABŞ xəfiyyələri ilə təmasa keçməsinin səbəbi AKP hökumətinin onu qorumaqdan imtina etməsidir. Bildirilir ki, Rza Zərrabın ortağı Babək Zəncaniyə İranda edam cəzasının verilməsindən sonra o, AKP hökumətindən himayə istəyib. 

Rza Zərrab xahiş edib ki, Türkiyə rəhbərliyi İranla təmaslarda onun məsələsini qaldırsın və barəsindəki təqibləri dayandırmağı istəsin. Lakin baş nazir Əhməd Davudoğlu korrupsiya qalmaqalının yenidən qızışmasındna ehtiyat edərək Rza Zərrabdan uzaq durub. Sonuncu dəfə Zərrab Davudoğlunun İrana səfəri ərəfəsində AKP ilə bir daha təmasa keçib və onun məsələsini Tehranda qaldırmağı xahiş edib. 

Bu dəfə də müsbət cavab ala bilməyəndə amerikalılara sığınmağı qərara alıb.

Bildirilir ki, Rza Zərrab FTB-nin biri ABŞ-da onun barəsində cinayət işi qaldıran Nyu York Cənub dairəsi federal prokuroru Prit Bhararaya birbaşa bağlı, digəri isə Türkiyə rezidenti olan iki agenti ilə görüşüb. 

Bu görüş zamanı Rza Zərrab bildirib ki, əgər təhlükəsizliyi təmin olunarsa və verəcəyi məlumatlar lehinə istifadə edilərsə ABŞ-a gedib FTB-yə təslim olmağa hazırdır.

Məlumata görə Zərrab ABŞ-a gedəcəyini yaxın çevrəsindən heç kimə deməyib, turist kimi getdiyi görüntüsü yaratmaq üçün Mayamini seçib və arvadı Əbru Gündəşlə qızını da özüylə götürüb.

O da iddia edilir ki, Rza Zərrab FTB ilə anlaşma əldə edən kimi biznes aktivlərini və mülklərini başqalarının adlarına keçirib. Keçmiş AKP millət vəkili Feyzi İşnaşaran da hesab edir ki,Rza Zərrab ABŞ-a FTB ilə anlaşaraq gedib. 

"İranda Babək Zəncaniyə edam hökmü çıxarılandan və Tehranla Qərb arasında nüvə anlaşması əldə olunandan, sanksiyalar qaldırılandan sonra Zərrab ətrafındakı çənbərin daraldığını gördü. Görünür bu səbəbdən özünü ABŞ-a təslim etməyi qərara aldı”- o bildirib.

Ehtimal edilir ki , Rza Zərrab İrana qarşı sanksiyaları neytrallaşdırmaq üçün istifadə etdiyi sxemin bütün detallarını, o cümlədən Türkiyə, İran və digər ölkələrdəki əlaqələrini ABŞ-a təqdim edəcək. İstintaqla sövdələşmə sayəsində o, yüngül cəza ala bilər. Lakin Rza Zərrabın verəcəyi məlumatlar nəticəsində Türkiyən və İrandan onun əməllərinə yardım edənlərə qarşı təhqiqatın başlaması mümkündür.

Virtualaz.org
Xəbər 2494 dəfə oxunub






Oxşar xəbərlər

2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11238] initstartout [0.00013] initstartin [0.00065] calstart [0.00794] calend [0.00043] topnewsend [0.00292] rsssend [0.00000] ehgend [0.00481] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09503]