ABŞ 7 iranlıya kiber casusluq maddələri ilə cinayət işi açdı

  • 25 mart 2016, 09:41
ABŞ  ədliyyə nazirliyi 7 iranlı haqqında İran İnqilab  Keşikçilərinin agenti olmaq  və ABŞ maliyyə sektoruna kiber hücum etməkdə müddələri ilə cinayət işi açıb. 

Avropa.info xəbər verir ki, Nyu-York  polisinin istintaqçıları  mərkəzi ofisləri İranda yerləşən ITSEC və Mersad Company şirkətlərində çalışan yeddi adam haqqında cinayət işinə başlayıb.

ABŞ  ədliyyə  nazirliyinin hazırladığı 24 Mart 2016-ci il tarixli iddianamədə Əhməd Fəthi, Hamid Firuzi, Emin Şükuhin, Sadiq Ahmedzadegân, Ümid Gaffarinya, Sina Keysar və Nadi Saadi adlı yeddi iranlının 2011-2013 illər arasında maliyyə sektoruna təşkil edilən kiber hücumlarda iştirak etdikləri bildirlir.

Adı çəkilən şəxslərin təqsiri məhkəmə vasitəsi ilə sübuta yetrilsə onları ABŞ-a gələcəkləri təqdirdə 10 il cəza gözləyir.
Oxşar xəbərlər