PKK-nın qadın lideri məhv edildi

  • 23 mart 2016, 13:11

Türkiyə təhlükəsizlik qüvvələrinin Şırnak vilayətində həyata keçirdiyi əməliyyat zamanı PKK terror təşkilatının qanadı YPS-nin qadınlar birliyinin lideri Bərivan Avestanın öldürüldüyü iddia edilir.

 

Bu barədə Türkiyə mediası xəbər yayıb.

 

Məlumata görə, bu gün Şırnak şəhər mərkəzində davam edən əməliyyatlarda 4 terrorçu məhv edilib. Onların arasında PKK terror təşkilatının qanadı YPS-nin qadınlar birliyinin lideri Bərivan Avestanın da olduğu deyilir. Bundan başqa, 9 PKK-çı sağ ələ keçirilib.

Oxşar xəbərlər