Obamanın Kubaya səfəri tarixə düşdü

  • 21 mart 2016, 12:51

ABŞ prezidenti Barak Obamanın Kubaya tarixi səfəri başlayıb. Obama 1959-cu il inqilabından sonra Kubaya gəlmiş ilk ABŞ prezentidir.

 

Publika.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, fəaliyyətdə olan ABŞ prezidenti sonuncu dəfə adaya 88 il bundan əvvəl, 1928-ci ildə getmiş Calvin Coolidge olub.

 

Obama Havanada bərpa olunmuş ABŞ səfirliyində çıxış edərək, səfəri "tarixi" adlandırıb. O, həmçinin köhnə şəhərdə vaxt keçirib.

 

Barak Obama prezident Raul Kastro ilə görüşəcək və görüşdə ticarət və siyasi islahatların müzakirə olunacağı gözlənilir.

 

Obama Kubaya həyat yoldaşı Mişel Obama və qızları Saşa və Malia ilə birlikdə gəlib. Onun Kubaya səfəri 2 gün çəkəcək.

Oxşar xəbərlər