Jirinovski yenə od püskürdü:“Gündüz uçun”

  • 19 mart 2016, 20:00
ANS PRESS-in məlumatına görə, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri reysləri yalnız gündüz yerinə yetirməyi təklif edir. 
 
Vladimir Jirinovski bu barədə "Rus xəbərləri xidməti" verilişində deyib. O, bu qənaətə ötən gecə Rostov-na-Donu aeroportunda təyyarənin qəzaya uğramasından sonra gəlib. 
 
"Bütün qəzalar adətən gecə olur, avtobuslar da, təyyarələr də gecə qəzaya düşürlər. Odur ki, gündüz uçun. Çalışın, gündüz 12-dən tez uçuş etməyin. Xüsusən də avtobusla yola düşənlər ehtiyatlı olsunlar. Çünki sürücülər avtobusu həm sürətlə idarə edirlər, həm də gecə yuxulu olurlar. Qatarda 3 növbə var. Odur ki, o, daha təhlükəsizdir", - deyə o bildirib.

Bu gecə Dubaydan Rusiyaya gələn sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə vaxtı təyyarədə 62 nəfər olub. Onlardan 55-i sərnişin, o cümlədən 4-ü uşaq, 7-si isə heyət üzvü olub. 
 
Qəza bütün sərnişinlərin və uçuş heyətinin ölümü ilə nəticələnib. Hadisə  Dubaydan uçan "Boeing-737-800” tipli sərnişin təyyarəsi Rostov-na-Donu şəhər aeroportuna enərkən baş verib.  
 
Qəzaya səbəb kimi pis hava şəraitinə görə təyyarənin eniş zolağından kənara düşməsi göstərilir. Belə ki, ilk cəhddə təyyarəni endirə bilməyən pilotlar ikinci dövrə vurmaq istəyiblər. Lakin bu zaman təyyarənin quyruq hissəsi yerə çırpılıb.
 
Demokratik.Az

Oxşar xəbərlər