Türkmən dağında dava qızışdı

  • 19 mart 2016, 19:45
Beş aydır davam edən döyüşlərdə əsas hissəsi Əsəd rejimi tərəfindən ələ keçirilən Türkmən dağında döyüşlər yenidən qızışıb.

Demokratik.Az xəbər verir ki, rejim ordusun türkmənlərin  əlində olan mövqelərə səhər vaxtı hücuma keçib. Topçu batareyaları tərəfindən atəşə tutulan Tükmən dağında hal-hazırda şiddətli döyüşlərin getdiyi bildirilir. 

Sərraf və Kələz bölgələrinə doğru irəliləməyə cəhd edən Əsəd qüvvələri buradakı kəndlərin ətrafındakı təpələri ələ keçirdiyi halda Türkmən dağının tamamilə təslim olacağı bildirilir.

Ərazidə döyüşən müxalif qrupların məlumatına görə Suriya ordusu döyüşlərdə 90 əsgərini itirib. 
Oxşar xəbərlər