Ən yaxşı təhsil sisteminə malik olan 5 ölkə

  • 18 mart 2016, 21:15
Cənubi Koreya

2015-ci ildə Cənubi Koreya Dünyanın ən yaxşı təhsil sisteminə malik olan ölkələri reytinqində birinci yerə yüksəlmişdir. Bu ölkə reytinqdə ikinci pillədən birinci pilləyə yüksəlməyi bacarmışdır. Cənubi Koreyanın təhsil sahəsində belə yüksək nəticə göstərməsinin əsas iki səbəbi var. Birincisi, Koreya xalqı mükəmməl təhsil almaq üçün çox çalışmağa inanırlar. Uşaqlar məktəblərdə həftənin 7 günü təhsil alırlar və keçilən dərs materiallarını müxtəlif mənbələrdən istifadə edərək hərtərəfli öyrənirlər. İkincisi, Cənubi Koreya  hər il dövlət büdcəsindən  təhsil sisteminə böyük məbləğdə pul xərcləyir. 2015-ci ildə büdcədən təhsilə ayrılan məbləğ 11 milyard dollardan çox olmuşdur.
Cənubi Koreyanın təhsil sahəsində nəzərəçarpan əsas statistikadan biri əhalinin oxuma – yazma qabiliyyətinin demək olar ki 100%-ə yaxın olmasıdır. Bu ölkədə kişilərin oxuma – yazma qabiliyyəti 99.2%, qadınların isə 96.6%-dir. Bu reytinqdə digər Asiya ölkələri Cənubi Koreyanın əsas rəqibləridirlər.

Yaponiya

 Yaponiya 2015-ci ildə reytinqdə birinci pillədən ikinci pilləyə düşmüşdür. Zəhmətkeşliyin və yüksək texnologiyanın birləşməsinin təhsil sisteminə tətbiqi nəticəsində Yaponiya təhsil sistemində indiki səviyyəyə çatmışdır. Yaponiya yüksək texnologiyaların təhsil sisteminə tətbiqində  bütün ölkələri geridə qoyur. Məktəblərdə şagirdlər texnologiya sahəsində yeniliklərdən istifadə edərək ən çətin sualların cavablarını tapmağı bacarırlar.

Bu ölkənin təhsil sistemində nəzərəçarpan digər məqam budur ki, məktəbdənkənar fəaliyyətlər şagirdlərin və tələbələrin təhsilində əsas rola malikdir. Məktəblərdə və universitetlərdə idman, şahmat və digər klubların ən azı birində iştirak etmək tələbələrdən və şagirdlərdən tələb olunur.

Sinqapur

 2015-ci ildə ən yaxşı təhsil sisteminə malik olan ölkələrin reytinqində Sinqapur 3-cü yeri tutur. Sinqapur ibtidai təhsil sistemində ən yaxşı ölkələrdən biridir. İbtidai təhsil sahəsində olan bu nailiyyət Sinqapurun reytinqdə iki pillə irəliləməsinəsəbəb olmuşdur. Sinqapurun təhsil sistemində ən vacib göstəricilərindən biri budur ki, qısa zaman ərzində bu ölkə öz təhsil sistemini sıfırdan qurmuşdur.

Honq Konq

 Reytinqdə növbəti pilləni Honq Konq tutur.  Bu ölkə təhsil sisteminin böyük hissəsini Böyük Britaniyadan götürmüşdür. Ölkənin təhsil sistemi hökumətin Sosial Rifah Nazirliyi tərəfindən idarə edilir.Əhalinin oxuma – yazma qabiliyyəti 94.6%-dir.

Finlandiya

 Finlandiya bu siyahının ən maraqlı ölkələrindən biridir. Finlandiyanın  uzun illər ərzində bu reytinqə başçılıq etməsinə baxmayaraq, 2015-ci ildə bu ölkə siyahıda 5-ci yerə düşmüşdür. Siyahıda bu ölkənin aşağı düşməsinin əsas səbəblərindən biri dövlətin təhsil sahəsində yalnız məktəb təhsilinə diqqətinin daha çox ayırmasıdır.

Bir çox ölkədən fərqli olaraq, Finlandiyada məktəb günləri qısadır. Yəni, şagirdlər məktəbdə az vaxt keçirirlər və günün qalan hissəsini məktəb tərəfindən maliyyələşdirilən məktəbdənkənar fəaliyyət göstərən təhsil sərgilərində, sosial klublarda keçirirlər. Finlər inanırlar ki, insan həyatında öyrənməyin əsas hissəsi sinifdənxaric aktivitələrdir.

Baxmayaraq ki, ölkələrin təhsil sistemlərini qiymətləndirərkən oxuma-yazma qabiliyyəti əsas faktorlardan biridir, ancaq yeganə faktor deyil. Belə ki, ABŞ-da insanların oxuma-yazma qabiliyyətinin 99.99% olmasına baxmayaraq, 2015-ci ildə ən yaxşı təhsil sisteminə malik olan ölkələrin reytinqində 14-cü pilləni tutur. Bunun əsas səbəblərindən biri budur ki, ABŞ-ın təhsil sistemində məktəbdənkənar fəaliyyətlərə az diqqət ayrılır və bu da ABŞ-ın aşağı pillələrdə yer almasına səbəb olur.

hamar.az