ANKARA TERRORU: Ölü sayı 34!

  • 14 mart 2016, 09:31
Ankaranın Qızıl Ay meydanının yaxınlığında Bakı saati ilə 20.45-də törədilən terror aktı nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Azı 125 nəfər yaralanəb. "Report"-un məlumatına görə, bunu Türkiyənin Səhiyyə Naziri Mehmet Muezzinoğlu bildirib.

Onun sözlərinə görə, hadisə yerində 30 nəfər həlak olub, daha dörd nəfər xəstəxanalarda dünyasını dəyişib. Nazir qeyd edib ki, ölənlər arasında bir və ya iki nəfər terrorçu da olub.
Oxşar xəbərlər