Ankara terraktını törədənlərin kimliyi məlum oldu

  • 14 mart 2016, 09:30
Milli.Az "Habertürk"ə istinadən xəbər verir ki, ötən gecə Ankaranın Kızılay meydanında baş vermiş partlayışı törədənlərin kimliyi məlum olub. Məlumata görə partlayışı 2 nəfər törədib. Onlardan biri qadın, digəri isə kişidir. Terrorçular hadisə yerində ölüblər. 

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışda 34 nəfər ölüb, 125 nəfər yaralanıb.