Almaniyanın sabiq prezidenti Avropanı "yıxıb sürüdü"

  • 13 mart 2016, 13:24
İştirak etdiyi bir tədbirdə çıxış edən Almaniyanın sabiq prezidenti Vulf Avropanı tənqid atəşinə tutub. 

Demokratik.Az Avropa.info-ya istinadən bildirir ki,Vulf Livan və Türkiyədəki qaçqınların sayını nümunə göstərərək, "Avropa 3 milyon qaçqını saxlaya bilməsə bu Avropa üçün bir acizlikdir" deyə bildirib. 

"4 milyonluq əhalisi olan Livan bir milyon suriyalı qaçqını, Türkiyə illərdir Suriyadan gələn iki milyon yarım qaçqına baxırsa, Avropanın 3 milyon qaçqını saxlaya bilməməsi Avropa üçün bir acizlikdir".

Bundan başqa sabiq prezident, Avropanı İslamlaşmaya qarşı qorumaq ifadəsiylə küçəyə çıxanların Almaniyanı və xalqı böldüklərini bildirib. 

Oxşar xəbərlər