Poroşenko Krım tatarları ilə bağlı Türkiyəyə səsləndi

  • 09 mart 2016, 19:51
Ukrayna prezidenti Petro Poroşenko Türkiyə parlamentini Krım tatarlarının 1944-cü il deportasiyasını soyqırımı olduğunu tanımağa çağırıb.

Rosbalt xəbər verir ki, bu barədə "Twitter"də P.Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

"Prezident Türkiyə parlamentini Krım tatarlarının 1944-cü il deportasiyasını soyqırımı olduğunu tanımağa çağırıb”, - mətbuat katibi bildirib.

"Urkayna və Türkiyə Rusiya tərəfindən işğal edilmiş Krımda tatarların müdafiəsi üzrə səylərini fəallaşdırırlar”, - Tseqolko qeyd edib.

Qeyd edək ki, mart ayının 9-da Poroşenkonun Türkiyəyə iki günlük işgüzar səfəri başlanıb. Dövlət başçısı xanımı ilə bərabər Türkiyədə yaşayan Ukrayna və Krım tatarları icmalarının nümayəndələri ilə görüşüb.
Oxşar xəbərlər