"Rusiya Suriyada dinc insanları vurur" - Davudoğlu

  • 08 mart 2016, 08:37
Brüsseldə  NATO-nun baş qərərgahında keçrilən toplantıda çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyanı sərt şəkildə ittiham edib.

Davudoğlu Rusiyanın Suriyada İŞİD-i deyil, dinc sakinləri bombaladığını deyib.

"Rusiya  İŞİD-ə qarşı deyil, vətəndaşlara hücum edir. Rusiyanın Suriyadakı hərbi varlığı İŞİD-lə mübarizə üzərində qurulmayıb.

Rusların bombaladığı  günahsız insanlar yer axtarırlar  gələcəklərini qurmaq üçün. Bu insanlar bizləri narahat etmək üçün ölkələrimizdə gəlmirlər. Rejimdən, İŞİD-dən, Rusiyanın  hava hücumlarından qaçaraq gəlirlər. Bunu etməyə məcbur qalırlar. Türkiyə Suriyadan 2.7 milyon qaçqın qəbul edib" deyə Davudoğlu qeyd edib.
Oxşar xəbərlər