ABŞ Somalidə 150 silahlı öldürüb

  • 08 mart 2016, 00:24
Somalidəki "Əş-Şəbab” qruplaşmasının məşq bazasına ABŞ pilotsuz uçuş aparatından raket zərbəsi endirilib.

Musavat.com France Press agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqon nümayəndəsi kapitan Ceff Devisə  açıqlayıb.

Məlumata görə hava zərbəsi nəticəsində 150-dən çox terrorçu məhv edilib.

Hərbiçinin dediyinə görə, raket zərbəsi dünən Moqadişodan 195 kilometr şimalda yerləşən düşərgəyə endirilib.
 
Aygün SƏFƏRLİ
Oxşar xəbərlər