Avropa Türkiyəyə "qaçqın pulu" verməyə başladı

  • 04 mart 2016, 21:48
Avropa Birliyi miqrantlar üçün Türkiyəyə ayırdığı 3 milyard avroluq yardımın bir hissəsinin göndərilməsi ilə bağlı ilkin mərhələyə start verib.
 
AB Komissiyası Türkiyədəki sığınacaqlarda yaşayan suriyalı uşaqların həyat şəraitinin təmin edilməsi üçün ilkin olaraq 95 milyon avroluq yardım göndərib.
 
Komissiyanın bildirdiyinə görə, sözügedən yardımın 55 milyonu uşaqların təhsili, 40 milyonu isə humanitar yardım üçün nəzərdə tutulub.
 
Qeyd edək ki, noyabrın 29-da AB Suriyadan miqrant axını ilə bağlı Türkiyəyə 3 milyard avro maddi yardım göstərməyə qərar verib.  

axar.az
Oxşar xəbərlər