"Hizbullah"ın daha bir komandiri Suriyada öldürüldü

  • 27 fev 2016, 20:49
Livan mətbuatının verdiyi məlumata görə, "Hizbullah”ın yüksək mövqeli komandirlərindən biri Əli Əhməd Fəyyad Suriyada öldürülüb.

Demokratik.Az xəbər verir ki, "Hizbullah” komandirinin Hələb yaxınlışğındakı Hənasır şəhərində baş verən döyüşlərdə öldürüldüyü bildirilir. 

Fəyaydın ölüm xəbəri sosial şəbəkələrdə İran İslam İnqilabı Korpusu Keşikçilərinin komandir Qasım Süleymani ilə birgə çəkdirdiyi fotolarla paylaşılıb.

Xatırladaq ki, bir neçə gün öncə Hənasıra hücum edən İŞİD "həyat yolu” kimi tanına magistral yolu ələ keçirə bilmişdi. Sonrada Suriyadan ordusunun əlinə keçən yolda nəqliyaytı bərpa etmək mümkün olmayıb. Mövqe uğrunda atışmalar davam edir. 

 

Demokratik.Az

Oxşar xəbərlər