Avropa İttifaqından miqrantlara qarşı sərt tədbir

  • 25 fev 2016, 20:33

 

Aİ Şurası İttifaq ərazisinə daxil olan hər kəsin yoxlanılmasına dair  qərar qəbul edib. 

Bu barədə Aİ-yə sədrik edən Niderlandın təhlükəsizlik və ədliyyə katibi Klas Düykoff Aİ Şurasının DİN rəhbərləri səviyyəsində keçirilən iclasından sonra bildirib.
 
Onun sözlərinə görə, bundan sonra Avropa İttifaqının sərhədlərindən keçən şəxslərin adlarının polis  məlumat bazalarında olub-olmadığı yoxlanılacaq.   
 
Məlumata görə,  qərar Aİ ölkələrinin vətəndaşları da daxil olmaqla, Avropa İttifaqına gələn şəxslərin hamısının yoxlanılmasını nəzərdə tutur. 

APA